Dil kabab olmuş, açıb sirrimi əğyarə dedi

Vikimənbə saytından
Dil kabab olmuş, açıb sirrimi əğyarə dedi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 91

Dil kabab olmuş, açıb sirrimi əğyarə dedi,
Dili dinc olmadı, əğyar da gedib yarə dedi.

Həlqeyi-zülfünə bir Leyli əsir etdi məni,
Əqli-zaillər o gündən mənə əvvarə dedi.

Eşq zəncirinə bənd olma, get, ey divanə,
Bunu Məcnun özü vaxtında məni-zarə dedi.

Dedim, ey gül, məni al yanına, qurbanın olum,
Gül olan yerdə nə hacət duyular xarə, dedi.

Dedim, ey məh bu gecə sanki bir az tutqunsan,
Ağa, ey qəlbi siyah, yaxmaginən qarə, dedi.