Dilbər (Çoban Əfqan)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilbər (Çoban Əfqan)
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Ay qız, belə gəzib yıxma evimi,
Telindən tel ayır sat mənə, dilbər.
Sinəm nişanədir, ağrımaz bədən,
Doyunca yay oxun at mənə, dilbər.

Dua qılın, belə gözəl sağ olsun,
Cilvələnsin tərlan quşdan ağ olsun.
Həsrət ölsəm qoy sinəmdə dağ olsun,
Hər nə tutursansa tut mənə, dilbər.

Çoban Əfqan çox yanmışdır oduna,
Nahaqq qan yamandır susama ona.
Dağılsın kəndiniz qalsın virana,
Əgər durub desən get, mənə dilbər.