Məzmuna keç

Dilbər (Usta Abdulla)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dilbər
Müəllif: Usta Abdulla
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Bir ərzim var qulluğuna
Ay xalları qoşa dilbər.
Xəstə çanım qurban olsum
Həmi gözə, qaşa, dilbər.

Ağlamışam gülməmişəm,
Göz yaşımı silməmişəm,
Qədrini mən bilməmişəm.
Yeni düşdüm başa, dilbər.

Siyah zülfləri kəmənddi,
Yarın dodaqları qənddi,
Dərdiməndsən, dərdimənddi,
Yaşa dilbər, yaşa dilbər.

Axır gözün qanlı yaşı,
Nə qohumu, nə qardaşı,
Qürbət eldə fağır başı,
Dəydi daşdan daşa, dilbər.

Eynim sənsən, qanım sənsən,
Din ilə imanım sənsən,
Cəsədimdə canım sənsən,
Ərkim çatar başa, dilbər,

Abdullayam, çox ağladım,
Sinəm başını dağladı
İsminə dastan bağladım,
Görün, gəlib xoşa, dilbər.