Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz
Görünüş
Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz Müəllif: İmadəddin Nəsimi |
Dilbəra, dil səndən özgə bir dəxi yar istəməz,
Çün müyəssər oldu vəslin, qeyri didar istəməz.
Könlümə eşqini qismət çün əzəldən qıldı həq,
Ta əbəd eşqindən özgə nəsnə, zinhar, istəməz.
Könlümün Mənsuri çünkim, zülfünü edindi dar,
Yə’ni ki, Mənsur olan zülfündə bərdar istəməz.
Mən kəsildim masivallahdan bu gün, ey müddəi,
Vahid oldum yar ilən, aşiq olan var istəməz.
Bu dili-biçarədən sordum nədir dərdinə əm,
Dilbərin lə’lindən ayrı hiç timar istəməz.
Bu könül şəhrini çünki, hicr viran eylədi,
Gəl ki, səndən özgə bir mə’murü me’mar istəməz.
Çün ləbin abi-həyatidir həyati-ömrümün,
Bu Nəsimi səndən ayrı leysə-fiddar istəməz.