Məzmuna keç

Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər

Vikimənbə saytından
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.244. 22 avqust 2017 tarixində arxivləşdirilib

Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,
Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.

Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin,
Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.

Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,
Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər.

Sübhi-vəslindən camalın afitabın görməyə,
Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.

Ey Nəsimi, yarın əsmasın dilindən qoymagil
Kim, müsəmmaya səni xasiyyəti-əsma çəkər.