Dilbərin (Öysüzlü Aşıq Səməd)

Vikimənbə saytından
Dilbərin
Müəllif: Öysüzlü Aşıq Səməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Gözüm yollarda qalıbdı,
Düzəlib ayı dilbərin,
Bu camalda, bu kamalda,
Kim olar tayı dilbərin?

Mən demirəm, görən deyir,
Yara bələd olan deyir,
Yar yanından gələn deyir,
Qəşəngdir boyu dilbərin.

Səmədin yağısı qaşlar,
Könül sevdiyini xoşlar,
Xəbər alır yar-yoldaşlar,
Nə vaxtdır toyu dilbərin?