Dilim bülbül oldu ötər
Görünüş
Dilim bülbül oldu ötər Müəllif: Aşıq Paşa |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dilim bülbül oldu ötər,
Ahım cana qılır əsər,
Dürlü-dürlü yemiş bitər
Məmur oldu bustanımız.
Keçənlər netdi neylədi?
Hər birisi bir ad qoydu.
Leyli ilə Məcnun kimi
Söylənilir dastanımız.
Eşq ilə başım xoşdur,
Hara varsam yoldaşdır,
İ1 on iki ay sərxoşdur
Eşqidən içdi cammız.
Müti olduq eşq halında
Baxmadıq dünya malına.
Girdik ərənlər yoluna
Dürüst oldu imanımız.
Nə kaşadır, nə gözəldir
Meyilimiz xub üzədir.
Daima solmaz, təzədir
Bu bizim gülüstanımız.
Kim bildi dərman əcələ
Görsə gərək hər ki gələ.
Biz dəxi gedəriz ol yola
Mənzildədir karvanımız.
Aşiq Paşam necə, necə?
Dovlət onun, ol göz aça.
Bizdən daha gələ keçə
Bu yalançı devranımız.