Dilim fəğan iləvü, didə qan ilən doludur

Vikimənbə saytından
Dilim fəğan iləvü, didə qan ilən doludur
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Dilim fəğan ilədü, didə qan ilən doludur,
Könül səhifəsi şərhü bəyan ilən doludur.
Vurubdur ağzına min qifli-ahənin qeyrət,
Hənuz səqfi-fələk əl-əman ilən doludur.
Haray kim, nə dilim var, nə bir dil anlayanım,
Əgərçi ney kimi cismim fəğan ilən doludur.
Əgərki könlümə zahirdə dəymək asandır,
Bu çöl kəmingəhi şirin-jəyan ilən doludur.
Sınıq səbudə su tutmaz qərar, mey durmaz,
Şikəstə könlümə məhvəm ki, qan ilən doludur.
Xumarilən məni öldürdü saqiyi-birəhm,
Səbuyi-badeyi-gülrəng can ilən doludur.
Bu bir piyalədə yarəb, nə sehr edib saqi-
Ki, üstü badə ilən, altı qan ilən doludur.
Sən öz yamanlannı yaxşı et, nə hasil kim,
Zəmanə yaxşı ilən, ya yaman ilən doludur.
Bəsirət əhli dəlil istəməz ki, kövnü məkan
Nişan ilən doludur, binişan ilən doludur.
Yuvada qönçələnir əndəlib bəs ki, çəmən,
Nəvayi-Qövsiyi-atəşzəban ilən doludur.