Məzmuna keç

Dinü millət sorar ısen, aşiqlərə din nə hacət

Vikimənbə saytından
Dinü millət sorar ısen, aşiqlərə din nə hacət
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

 
Dinü millət sorar ısen, aşiqlərə din nə hacət?!
Aşiq kişi xerab olur, aşiq bilməz din diyanət.

Aşiqlərim könli gözi mə’şuq deyə getmiş olur,
Ayruq surətdə nə qalur kim qılisər zöhdü taət.

Taət qılan uçmağ içün, din tutmayan tamu içün,
Ol ikidən fariğ olur, nəyə bənzər bu işarət.

Hər kim dostı sevərisə dostdan yana getmək gərək,
İşi-güci dost olıcaq cümlə işdən olur azat.

Anun kibi me’şuqənün xəbərini kim gətürür,
Cabrayilü mürsəl sığmaz, şöyle olmdı işarət.

Soru, hesab olmayısar dünya axirət qovana,
Münkirü Nəkir nə sorar tərk olıcaq cümlə murat.

Xovfiİ reca gəlməz anda varlıq yoqlıq bırağana,
Elmü əməl sığmaz anda nə tərazu var, nə sırat.

Ol qiyamət bazarında hər bir qula baş qayısı,
Yunus, sən aşiqlər ilə hiç görməyəsin qiyamət.