Məzmuna keç

Dinün, imanun vansa xor görməgil dərvişləri

Vikimənbə saytından
Dinün, imanun vansa xor görməgil dərvişləri
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Dinün, imanun vansa xor görməgil dərvişləri,
Cümlə aləm müştaqdurur görməkligə dərvişləri.

Ayü günəş müştaqdurur dərvişlərün söhbətinə,
Fəriştələr təsbihində zikr edələr dərvişləri.

Tərsalar tapuya gəlür, hökm isləri zəbun olur,
Tağlar-taşlar səcdə qılur göricəgəz dərvişləri.

Ol alem fəxri Mustafa sidqi bütün kani-vefa,
Andan istər isən vəfa, sen xoş dutğıl dərvişləri.

İncidəsin ah edələr, ömrün kökin qundalar,
Gözsüz olasın yidələr ta biləsin dərvişləri.

Yer-gög aydur xirqə həqqi, himmətləri olsun baqi,
Ol padişa(h) oldı saqi, əsriddilər dərvişləri.

Gögden enən dört kitabı gündə bin gəz oqur isən,
Vallah, didar görməyəsin sevməz isən dərvişləri.

Yunus aydur, bu eşq gəldi, ölmiş canum diri qıldı,
Sən bən demək bəndən qaldı göricəgəz dərvişləri.