Məzmuna keç

Dinin kökü-dirəyi görünməyən həqiqətdir?

Vikimənbə saytından
Dinin kökü-dirəyi görünməyən həqiqətdir?! (1995)
Müəllif: RAUF CAVAD

Dinin kökü-dirəyi görünməyən həqiqətdir?!
Nizam-intizam, mərifət sütünü ədalətdir!

Qurulub cümlə həqiqət, aləm, həqq nizam üstdə,
Ədalətli olmaq bəşərə intizam ibrətdir.

Mərifətdi düzgün düşünmək, həqiqəti görmək,
Əqli olan həqqi sevər çün mərifət, hikmətdir.

Hər düşünən kəs bilər nədir insanda mərifət,
Fəqət olmaz əməl, dərk etməz, bilməz əql, nemətdir.

Cümlə aləm zikr edər Həqqi, hikmətdi görən göz!
Arifə bir söz kifayət, şah əməl mərifətdir.

Əl açıb dua etmək, bəşəri istək, ədəbdir,
Namaz qılıb ünsiyyət qurmaq, sevgi-məhəbbətdir.

Rəhmətdir, Oruc tutar dərk edər Həqqdən utanan,
Çün bəşərin çoxu ac, kimsəsiz, fəqir sifətdir.

Qəzəbə mütləq tuş gələcək həqqi danan hər kəs,
Unutmaz Həqq ədaləti, Rauf xoş bir xislətdir!
               ...Müəllif:Rauf Cavad