Diyari küfrü gəzdim, beldələr, kaşanələr gördüm
Jump to navigation
Jump to search
Diyari küfrü gəzdim, beldələr, kaşanələr gördüm Müəllif: Ziya Paşa |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Diyari küfrü gəzdim, beldələr, kaşanələr gördüm,
Dolaşdım mülki-İslamı, bütün viranələr gördüm.
Bulundum mən dəxi dar-üş-şəfayi Babi-alidə,
Fəlatunu bəyənməz orda çox divanələr gördüm.
Cahan namındakı bir məqtələ ama yolum düşdü,
Hökumət derlər orda bir neçə sallaxanələr gördüm.
Hüzuri — guşeyi — meyxanəni mən görmədim, getdi,
Nə məclislər, nə səhbalar, nə işrətxanələr gördüm.
Ziya, dəyməz xuman qeyrine meyxaneyi - dəhrin,
Bu işrətgahda mən çox durmadım, amma nələr gördüm.