Dodağın qǝnd imiş, bal onda neylǝr?
Görünüş
Dodağın qənd imiş, bal onda neylər Müəllif: Şah İsmayıl Xətai |
Dodağın qǝnd imiş, bal onda neylǝr?
Nǝ nazik xǝtt imiş, xal onda neylǝr?
Əlifǝ nisbǝt etdim qǝddü dalın,
Əlif üstǝ, ǝlif, dal onda neylǝr?
O zahid geydiyi sufü sütürlat,
Fǝqirin geydiyi şal onda neylǝr?
Kimi kim, mali-mülki gǝnci yoxdur,
Geniç mülk olmayan mal, onda neylǝr?
Xǝtai qal evindǝn halǝ yetdi,
Bu bir hal evidir, qal onda neylǝr?