Dodağın qənd imiş, bal anda neylər
Görünüş
Dodağın qənd imiş, bal anda neylər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.242. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Dodağın qənd imiş, bal anda neylər?
Nə nazik xətt imiş, xal anda neylər?
Yedi hərf oldu çün hər bir vərəqdə,
Əlif ya lam əlif dal anda neylər?
Sufi ətləs geyər, zahid səqərlat,
Fəqirin geydiyi şal anda neylər?
Kimin ki yoxdurur gənci-nihanı,
Ya anca mülk ilə mal anda neylər?
Nəsimi nara düşdü yar əlindən,
Bu özgə hal imiş, qal anda neylər?