Məzmuna keç

Dol qalasına

Vikimənbə saytından
Dol qalasına
Müəllif: Dollu Mustafa
Mənbə: Əli Şamilov. “Oğuz Eli” qəzeti (Naxçıvan), 25 iyun 1992, sayı 17, səh. 5

Başına döndüyüm, qurban olduğum
Allanma könlümün çox havasına
Sıxılıban pulum durdun yeyənlər,
Rəng min can verir, bir parasına.
                                                         
Dana olanların çoxdu mərfəti,
Çoxları zülmünən yığıb sərvəti
Ürüşvət pozubdu şəri-şəryəti,
Baxmazlar Quranın bir ayəsinə.
 
Nuh dərya üzündə saxladı keşdi
Namərd minarəsi yıxıldı, uçdu.
Şəddad hökm elədi, qurdu behişti,
Düşdü cəhənnəmin kar harasına.

Bir gün olar, bir dünyadan qoparsan.
Eşqin səməndinə minib çaparsan.
Mail olsan Mustafanı taparsan,
Gəl Şeytanabadın Dol qalasına.