Dolaşma

Vikimənbə saytından
Dolaşma
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Ey Molla dayı, gəl bu müsəlmanə dolaşma,
İnsaf elo, hər sahibi-iymanə dolaşma.
İmdi ki bizim əksərimiz şeyxidi, molla,
Yazma olann eybinİ, her yane, dolaşma.
Qazilərimiz gorçi süvar olmuş əvamə,
Alimdilor, eim əhlinə, ürfanə dolaşma.
Gor hacı baba darmadağTn qılsa Qubanı
Baş qoşma, o cür alimİ-zişanə dolaşma.
Hor pirləri rişxəndə qoyub, məsxərə qılma,
Cindarə inan, cin ilə şeytanə dolaşma.
Məxluqi bu qədr eyləmə risva, həzər eylə,
Bəsdİr bu qədər vaizü bəy, xanə dolaşma.
Sən də əlsan bəy, yeyəsən müft-müsəlləm,
Rəhm eyləməzsən rəncbərə, dehqanə, dolaşma.
Xanlar kımi hergah olasan sahibİ-dövlət,
Məğrun olusan, sərvəti-səmanə, dolaşma.
Millət özü halvasını çaldı ağalarm,
Sən ban çək əl, şah ilə sultane dolaşma.
Millət özünün, qanmasa, teklifıni verso
Makulu Qarov xanə, Nəmov xanə, doiaşma.
On dörd parə kənd əhli bu meşrute zəmanı,
Gər ac-susuz diişsə biyabanə, dolaşma.
Şeyxin təri, ya çirki şəfa oldusa xalqa,
Gülme belə ecazə, bu dermanə dolaşma.
Bir dəfə Cüvəllağı uzun etsa müşorrəf,
Eyb etmə ona, yazdığı hedyanə dolaşma.

Həmçinin bax[redaktə]

  • "Molla Nəsrəddin" 30 avqust 1909, N 35