Dolana-dolana (Aşıq Babaş)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolana-dolana
Müəllif: Aşıq Babaş
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62.

Dedim, dilim, ehtiyat et,
Eldə dolana-dolana.
Qürrələnmə, xak olarsan,
“Seldə” dolana-dolana.

Naşı çəkilirdi adım,
Axıban ümmana doldum,
Süsən dilli bülbül oldum,
Güldə dolana-dolana.

Yollar, uğur ver Babaşa,
Toxunmasın dağa-daşa.
Ömrü xoşbəxt vursun başa,
Yolda dolana-dolana.