Dolanar (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolanar (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Bir gözəl ki, qəsdə dura, can üzə,
Ömrə-günə, qəm kəsilər, dolanar.
Yar deməsə daldada “çor”, “can” üzə,
Mehribandı, mehribanda dolanar.

Nola eşqim ovlayasan, çalasan,
Könlüm istər al sazını, çal asan.
Bu ömrümü öz ömrünə calasan,
Dodaq gülər, can başına dolanar.

Yar yarını çətin gündə sınayar,
Bu mən, o sən istəyirsən sına, yar.
Məmmədhüseynin qıyma qəlbi sına, yar,
Xəstəsiyəm, sinəm üstə dola nar.