Dost, sənün eşqün oqı key qatı taşdan keçər
Görünüş
Dost, sənün eşqün oqı key qatı taşdan keçər Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Dost, sənün eşqün oqı key qatı taşdan keçər,
Eşqünə düşən kişi can ilə başdan keçər.
Dünü - güni zar olur, eşqün ilə yar olur,
Əndişəsi sən olan cümlə təşvişdən keçər.
Eşqünə düşənlərin yüregi yanar olur,
Kəndüyi sana verən dügəli eşdən keçər.
Dünyanun məhəbbəti ağulı aşa bənzər,
Axırın sanan kişi ağulı aşdan keçər.
Başında əqli olan axrətə əməl etməz,
Hurilərə aldanmaz, göz ile qaşdan keçər.
Gerçək aşiq ol ola can vermegə ol evə,
Dost ilə bazar içün necə bin başdan keçər.
Ariflərə bu dünya xeyalü düş kibidür,
Kəndüyi sana verən xəyalü düşdən keçər.
Yunusun könli gözi toludur Həqq sevgüsi,
Söhbət ixtiyar edən yadü bilişdən keçər.