Dul arvad
Görünüş
Dul arvad Müəllif: Mücrüm Kərim |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bəndədən utanmaz, hakimdən qorxmaz,
Nədə baxmaz o movlaya dul arvad.
Gəzər qonşuları xəbər öyrənər,
Onları obaya yaya dul arvad.
İşlərə can verməz, köndələn yatar,
Dolusun yeyibən, boşların atar,
Arpanı, buğdanı gizlincə satar,
Verər əməyini zaya dul arvad.
Dul arvad alanlar bixəyal olur,
Dul arvadda qərib-qərib hal olur,
Gecə-gündüz işi qeylü-qal olur,
Salar səni bir davaya dul arvad.
Eşidin Kərimin bu nəsihətin,
Qız alanlar sürər ömrün ləzzətin,
Götürmək asanddı, saxlamaq çətin,
Vallah, dəyməz bir paraya dul arvad.