Dur, ey mürği-səhər, billah, ağaz et
Görünüş
Dur, ey mürği-səhər, billah, ağaz et Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-27. |
Dur, ey mürği-səhər, billah, ağaz et,
Sərağazın odunu cangüdaz et.
Müxəyyər eylə üşşaqi nəvadə,
Sifahan yüzünü göstər, hicaz et.
K-o zəngüleylə mərğuli nigarın
Səri-zülfini tutub rudsaz et.
O gülrux qönçələbdən busə istə,
A bülbül, hər nəfəs nazü niyaz et.
Edərək busəligi eylə yürək,
Şu udü çəngü nayi pərdəsaz et.
Nigara, ayağından saçmı dər,
Qubar olmuş rüusi sərfəraz et.
Şu müşkin zülfinin çinini çözgil,
Bu miskin aşiqin ömrün diraz et.
Fəhmindir nöqteyi-mövhum,
Həbibi, Sən andan bir xəbər sor kəşfi-raz et.