Dur uru, ey saqiyi-məhru bizə
Jump to navigation
Jump to search
Dur uru, ey saqiyi-məhru bizə Müəllif: Həbibi |
Mənbə: Həbibi (2006). Şeirlər (az). "Şərq-Qərb". Orijinal mənbədən 2017-04-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-04-27. |
Dur uru, ey saqiyi-məhru bizə,
Sun bərü bir qaç qədəh vinu[1] bizə.
Ləblərindir gərçi kim, tiryaki-can,
Əfi zülfin içirür ağu bizə.
Gün yüzündən şadü xəndandır könül,
Saçların əbri salar qayğu bizə.
Eyni-aşubi-cahandır gözlərin,
Afəti-can oldu ol cadu bizə.
Rövzəyi-hüsni-camalın görəli,
Hasil oldu cənnəti-minu bizə.
Gərçi kim səhmi-səadətdir qaşın,
Ox edər tiz ol kəman-əbru bizə.
Dür dişinlə ləli-nabun zövqini
Verməz, ey can, laləvü lölö bizə.
Abi-heyvan çeşməsindən dadlıdur,
Versə ləlin çün bir içim su bizə.
Rəhzəni-candır, Həbibi, xaki-dust,
Vəh ki, edər ol dil siyəh hindu bizə.
Qeydlər[redaktə]
- ↑ Çaxır, şərab