Durma, gəl
Görünüş
Durma, gəl Müəllif: Şair Əbülfət |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Ala gözlüm, səndən ayrı düşəli
Mənim halım pərişandı, durma, gəl!
Gecə-gündüz yuxu görmür gözlərim,
Zindandayam, nə zamandı, durma, gəl!
Anam-bacım yoxdu solu sağımda,
Atam hanı gələ qəmli çağımda!?
Bülbül ötmür gülü solan bağımda,
Baharım da zimistandı, durma, gəl!
Əbülfətəm, dünya mənə od oldu,
Dost ağladı, düşmən baxıb şad oldu,
Yaxşı günlər üz döndərdi, yad oldu,
İndi mənə qəm həyandı, durma, gəl!