Durnam (xalq mahnısı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Durnam
Müəllif: Şifahi xalq ədəbiyyatı


Dilbər telin daramı, (bəzən: Qara telin daramı)
Yoxdur könlüm aramı! (bəzən: Yoxdur könül aramı!)
Sən ki, təbib deyildin,
Neyçün açdın yaramı? Durnam!
Sən haralısan sormam, (bəzən: sorma!)
Mən buralarda durmam!
Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
Gəl sinəm üstə, Durnam!
Yaralı Durnam!
Qarpız kəsdim yeyən yox,
Vallah dərdim bilən yox! (bəzən: dərdimi)
Yarım mənlə barışıb, (bəzən: Mən yarımla barışdım)
Gözün aydın deyən yox! Durnam!
Sən haralısan sormam, (bəzən: sorma!)
Mən buralarda durmam!
Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
Gəl sinəm üstə, Durnam!
Yaralı Durnam!
Qarpız kəsdim bar kimi, (bəzən: bal kimi və ya qan kimi)
Dilimlədim nar kimi.
Gördüm yarın əllərini, (bəzən: əllərin)
Gecə yağmış qar kimi, Durnam!
Sən haralısan sormam, (bəzən: sorma!)
Mən buralarda durmam!
Gedəlisən aslan yarım, (bəzən: əsmər yarım)
Gəl sinəm üstə, Durnam!
Yaralı Durnam!