Dustağın

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Dustağın
Müəllif: Aşıq Camal
Mənbə: Aynur Qəzənfərqızı (2014). Aşıq Camal və onun yaradıcılığı (az). Azərbaycan Aşıqlar Birliyi. "Ozan dünyası" jurnalı, №4(19). Orijinal mənbədən 2016-08-11 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Çərxi-fələk, sənə qıllam ziyarət,
Dönübdür çilləyə, yayı dustağın.
Ah çəkib, ah çəkib qan ağlamaqdan
Quruyubdur, çeşmi çayı dustağın.

Ətrafıma nizam qoşun düzülür,
Leysan təki gözdən yaşlar süzülür.
Нər saatda bir cür təbil vurulur,
Deyəsən tutulur toyu dustağın.

%50 tamamlandı