Eşşəyini hər kim salsa çirkabına şəhvətin
Görünüş
| Eşşəyini hər kim salsa çirkabına şəhvətin Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
| Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Eşşəyini hər kim salsa çirkabına şəhvətin,
Ömür atı cilovunu qırıb qaçar durmadan.
Şəhvət yolu bəlalıdır, unutma bu sözümü,
Söndürər can atəşini şəhvət suyu hər zaman.