Eşq əhli bu afaqda rüsva gərək olsun

Vikimənbə saytından
Eşq əhli bu afaqda rüsva gərək olsun
Müəllif: Əbülhəsən Raci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Eşq əhli bu afaqda rüsva gərək olsun,
Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.

Bu rəsmdür aşiqlərə divanə deyəllər,
Bu taifədə hövsələ dərya gərək olsun.

Əğyardən eşq əhli gərək pür həzər etsün,
Qəlbində onun yəni təbərra gərək olsun.

Öz canını qıırban eləsün dust yolunda,
Lazımdu təbarradə təvəlla gərək olsun.

Aşiq odur olsun özü məşuqi-bənəfsə,
Yəni ki, o bir bimənü bima gərək olsun.

Başdan ayağa yarsala tığ ilə gər aşiq,
Məşuq ilə məmlüvv sərapa gərək olsun.

Məcnun kimi aşüfteyi-xalü xəti-Leyli,
Vamiq kimi məhvi-rüxi-Əzra gərək olsun.

Şəhbaz kimi dövr eləsün dövri-cəhani,
Ta bir çəmənə bülbüli-şeyda gərək olsun.

Min zülmü sitəm eyləsə canan deməsün bir,
Aya niyə bu zülmü təədda gərək olsun.

Dözsün sitəmi-möhnətü ənduhi-bəlayə,
Ümmidgəhi səbrü şəkiba gərək olsun.

Görsün rüxi-canani əyan daim özündə,
Ayinə kimi qəlbi müsəffa gərək olsun.

Biganədü söz aşiqü məşuq arasında,
Can verməgi mövqufi-bərima gərək olsun.

Heç eyləməsün vəsl ilə hicran ona tövfir,
Hicranda canan ilə yekca gərək olsun.

Eşq aləmini seyr eləsün payəbəpayə,
Ta cilvəgəhi-aləmi bala gərək olsun.

Öz canını pamal eləsün künci-bəladə,
Ta kəngəreyi-ərş ona məva gərək olsun.

Büxlü həsədü kinəvü büğz ilə riyadən,
Aşiq olan aləmdə mübərra gərək olsun.

Aşiq odur aləmdə Üveysi Qərəni tək,
Məsti-meyi-meyxaneyi-mövla gərək olsun.

Mövla necə mövla Əlivü alivü əla,
Ol ismi-xuda ilə müsəmma gərək olsun.

Rüfətdə onun payeyi-əlvani-cəlali,
Min mərtəbə bu ərşdən əla gərək olsun.

Bu padişəhün çakərinün çakəri Xosrov,
Dərbani-dəri-həşməti Dara gərək olsun.

Saqi, dolanum başına, ver badə peyapey,
Başimdə mənim nəşəyi-səhba gərək olsun.

Göstər güli-rüxsarini, canım sənə qurban,
Könlüm quşu bülbül kimi guya gərək olsun.

Öz xahişini tərk eləsün talibi-canan,
Nə talibi-dünyavü nə üqba gərək olsun.

Təsiri-nəfəs bundan alub həzrəti İsa,
Həqqa ki, bu möhyayi-Məsiha gərək olsun.

"Mutu" desə zərratə, sərasər olu fani,
"Qumu" desə, kulliyyətən əhya gərək olsun.

Həm dideyi-Yəqubə bu Mövladu verən nur,
Yusifdə nişan hüsni-dilarə gərək olsun.

Feyzi bu Şəhün Xızrdəki ömrdü cavid,
Davudi də surət fərəhəfza gərək olsun.

Məcmui-peyəmbərlərə bu feyz veribdür,
Musadə nişan ol yedi-beyza gərək olsun.

Həqqa ki, bu Şahənşəhün asari-cəlali,
Bir zərrə Süleymanda hüveyda gərək olsun.

İllət budur icad olub xəlq ədəmdən,
Bişək səbəbi-Adəmü Həvva gərək olsun.

Mövlani qoyub vəsf eliyə hurü cinani,
Zahid sözü bu barədə bica gərək olsun.

Can vermək, üzün görmək əgər olsa müyəssər,
Çox nəfli sövdadu bu sövda gərək olsun.

Etməz sənə bu eşq sözü zərrəcə təsir,
Zahid, ürəgin səxreyi-səmma gərək olsun.

Düşmən nə görər şəbpərə tək mehri-cəmalun,
Didaruva bir dideyi-bina gərək olsun.

Yaz mədhini, Raci, nə qədər olsa müyəssər,
Övsafi-Əli aləmə ifşa gərək olsun.