Eşq ərinün könli tolı, padişahdan nəvaledür
Görünüş
Eşq ərinün könli tolı, padişahdan nəvaledür Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov)) |
Eşq ərinün könli tolı, padişahdan nəvaledür,
Eşqsüz adəm nec’anlasun, çün şəriet həvalədür.
Eşqdürür aşiqün canı, eşqə fəda xanümanı,
Eşq ərinün ərməğanı eşqsüz kişiyə bəladur.
Kimİ ovret, oğlan sevər, kim mülkü xanüman sevər,
Kim sərmayə, dükkan sevər, bu dünyə haldən halədür.
Aşiq bu dünyeyi neder, aqibət bir gün tərk edər,
Eşq ətəgin dutmış gedər, hər kim gəlürsə səladur.
Əzəlidən ol padişah əlümə sundı bir qədəh,
İçəlidən qıluram ah, bilməzəm nə piyalədür.
Ey Miskin Yunus, nişanun eşqdən əsridi bu canun,
Dərgahində hər dem anun valehü heyran qaladur.