Eşq atəşi can yıxıyor
Görünüş
Eşq atəşi can yıxıyor Müəllif: Hüseyn Cavid |
Eşq atəşi can yıxıyor,
Ürəkdən qanlar axıyor.
Tale mənə yan baxıyor,
Həm gülümsər, həm ağlarım.
Gönül həp sızlar, həp inlər,
Xəzan fəryadını dinlər.
Anıldıqca keçən günlər
Həm gülümsər, həm ağlarım.
Hər səfada cəfa buldum,
Açmadım saraldım-soldum.
Sərbəst ikən əsir oldum,
Həm gülümsər, həm ağlarım.