Eşq elinün xeberin desəm eşidemisin
Görünüş
Eşq elinün xeberin desəm eşidemisin Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Eşq elinün xeberin desəm eşidemisin?!
Yoldaş olub ol yola sən bilə gedəmisin?!
Ol elün bağı olur, şərbəti ağı olur,
Qədəh dutmaz ol ağı, nuş edüb yudamısm?!
Ol elün zəvadəsi cəfa duta gedəsi,
Şəkər ayruğa sunub sən ağı yudamısm?!
Ol eldə ay, gün olmaz, ay gedilüb tolunmaz,
Tərtiblər tərk edübən şümar unudamısın?!
İşbu tənün tərtibi odü yel, topraq, sudur,
Yunus, sen cəvab eylə, suda, topraqdamısm?!