Eşq meydanında hǝr kim can ilǝn baş oynadır

Vikimənbə saytından
Jump to navigation Jump to search
Eşq meydanında hər kim can ilən baş oynadır
Müəllif: Şah İsmayıl Xətai



Eşq meydanında hǝr kim can ilǝn baş oynadır,
Yar önündǝ qǝmzǝdir, kiprigilǝn qaş oynadır.

Şahi-mǝrdanın yolunda çox kişi vardır, vǝli,
Afǝrin ol başǝ kim, min başǝ bir baş oynadır.

Şah qatında mǝhrǝm olub, canü başından keçǝr,
Sanma kim yarı önündǝ dǝgmǝ fǝrraş oynadır.

Dün mǝnimlǝn rubǝru buldu nigar, öldü rǝqib,
Gözlǝrilǝn çox işarǝtlǝr qılur qaş oynadır.

Ey Xǝtai, qǝm yemǝ, çün düşmǝnin oldu yüküş,
Müddǝi daim iraqdan kǝrpücü daş oynadır.