Eşq zor eyləsə, ey dil sana, məğlub olsan
Jump to navigation
Jump to search
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan Müəllif: Mirhəmzə Seyyid Nigari |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,
Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
Bu həqiqət yoludur, bunda bulunmaz batil,
Batiləm söyləmə məhza, de ki, həqqəm, həqqəm.
Söyləmə batiləm əsla, sana xamuşluğun
Xeyrdir, söyləsən əmma, de ki, həqqəm, həqqəm.