Edər (Bəhram bəy Fədai)
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Edər Müəllif: Bəhram bəy Fədai |
| Mənbə: Əli Umud oğlu Əliyev. Qarabağ ədəbi mühiti və Mir Möhsün Nəvvab. (Monoqrafiya). ADPU-nəş. Bakı-2016. |
Yenə nə şikvədir, Nəvvabi-vala
Mollalardan bizə dalbadal edər.
Hal əhli yox, qıla şərhi-halını
Bizi hesab edib əhli-hal, edər.
Mollalarda əzəldən var bu sifat,
Onlar adam ola heyhat! heyhat!
Diqqət etsən mənim qövlümə isbat,
Hədisi - "mənqalə və məqal" edər.
Mollaların gərdəninə vəbalim,
Bu şəhrdə iman qalırmı salim,
Dürüst baxsan "iza fəsədəl-alim",
Sənə bu barədə kəşfi-hal edər.
Ələlxüsus bizim filankəszadə,
Şəriəti verib bilmərrə badə,
Onun etdikləri düşəndə yadə,
Əfalından adam infial edər.
Yeridir burada düşsəm haşiyə,
Quzqun kimi təməh edər laşiyə,
Peşimandır adam dalın qaşiyə,
Atəşi-təməhi iştial edər.
Bir mollalar deyil şeytənət kanı,
Heç kəsdə yox müsəlmanlıq nişanı,
Hacıların bilmərrə yox imanı,
Əba-qəba ilə xəlqə al edər.
Övladını görsən Molla Nəbinin,
Qövlün inkar edər şəri-mübinin,
Heç zad üçün satar dünyayə dinin,
Nəfsi əqlin ötüb onu Zal edər.
Bəylərimiz olub şürbi müdamə,
Təşxis verən yoxdur həlal-həramə,
Düşsə yolun hansı məclisi-amə,
Görərsən ki, qumarı işğal edər.
Əhli-bazara yox bilmərrə vüsuq,
Şüğlü karlari fücuri füsuq.
"Kəlbəl-yəhud əfzəlü min əhl-əs-suq"
Sizə bu nüktəni istidlal edər.