Məzmuna keç

Edərlər (Çıldırlı Aşıq İrfani)

Vikimənbə saytından
Edərlər
Müəllif: Çıldırlı Aşıq İrfani
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

Aşiqi məşuqdan cüda qılanlar,
Bilməm onlar nə cəsarət edərlər.
Könül də Xüdanın nəzərgahıdır,
Onu yaxmasına qeyrət edərlər.

Varam, düşəm sultanlara, xanlara,
Bu xüsusda çıxdım çox divanlara,
Mənim bu işimə ket vuranlara,
Ruz-i məhşərədək taat edərlər.

Hər təbib saramaz bu yaramızı,
Qəm-hicran kəsdi muradımızı,
İrfani der: bizim macəramızı,
Bizdən sonra bir hekayət edərlər.