Elçilərə ehtiyac varmı idi bəşərə?

Vikimənbə saytından
Elçilərə ehtiyac varmı idi bəşərə? (1993)
Müəllif: RAUF CAVAD

Bəla gəlməz bəla çölünə artıq bəşərə!
Çün kəndi bəladır əcaib insan, kin-şərə!
 
Dövran dəyişir hər halı ilə çətinləşir,
Bəşər oğlu bəşər ziyan vurur of nələrə?!

Yaxşını pisdən ayırmağı bacarmır nadan,
Görüb zülmü boyun əyir qurban, vay qədərə!

Fironlar baş qaldırıb, zülmlər çıxıb çanaxa,
Musalar da yetmədi kömək olsun hər kərə!

Yaradan rəhm edib neçə min elçi göndərib?!
Gör nə halə düşüb bəşər, zülm edir betərə!

Qıydılar həqqə, qəsd etdilər İsa canına,
Çarmıxa çəkdilər həqqi, ar olsun qəhərə!

Hüseyn Muhəmməd övladına rəhm etmədilər,
Mərhəmət gözləməyin, ümid yoxdur səhərə!

Yox, belə getsə düzəlməyəcək qozbel dövran,
Çün qalıb küt-qanmaz əlində, yazıq təhərə!

Tanrı niyə göndərib elçi? Cavab bəsiddi,
Peyğəmbər gəlib ki, Əlini versin qəlblərə!
   
Sizcə bəşər bir-birinə Rauf olsa idi
Elçilərə ehtiyac varmı idi bəşərə?!