Məzmuna keç

Elə bəndəm

Vikimənbə saytından
Elə bəndəm
Müəllif: Şifahi xalq ədəbiyyatı


Arazam, Kürə bəndəm,
Bülbüləm, gülə bəndəm,
Dindirməyin qəmliyəm,
Bir şirin dilə bəndəm.

Elə bəndəm, elə bəndəm,
Bir şirin dilə bəndəm.

Pəncərədə şüşə mən,
Yarpaq üstə düşən nəm.
Pəncərədə şüşə mən,
Yarpaq üstə düşən nəm.
Nə o, gözdən salandı,
Nə mən gözdən düşənəm.

Əzizim yandı Kərəm,
Od tutub, yandı Kərəm.
Hazıram şirin canı
Yolunda qurban verəm.

Mənbə

[redaktə]
  • El Çələngi. Bakı,2004, səh.115.