Məzmuna keç

Elər (Qönçəbəyim)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Elər
Müəllif: Qönçəbəyim
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.

Ey ağalar, məni neçin qmarsız?
Eyləsə dərdimə bıı dərman elər.
Eşqə düşənləri axırda bu dərd,
Əridər, incəldər, natəvan elər.

Görüm aralıqda yox olsun yaman,
Uzüm payəndazdır, başım tərciman,
Səndən qeyri mənim dərdimə dərman
Nə Əflatun bilər, nə Loğman elər.

Göz yaşımnan ərzə yazdım Səttara,
Bəlkə bizi qəm-qayğıdan qurtara,
Sinə açıq, zülf pərişan, üz qara,
Məni belə görən sənə man elər.

Şəri qoyub xeyrə qədəm basarlar,
Həqqünnas sözlərə qulaq asarlar,
Təsəddüq veribən qurban kəsərlər,
Bəyim İbrahimə can qurban elər.