Məzmuna keç

Eləyim fikir, sevgilimə itaət edim

Vikimənbə saytından
Eləyim fikir, sevgilimə itaət edim! (1996)
Müəllif: RAUF CAVAD

Gəlmişəm məclisi qəm xanəyə, söhbət edim!
Huri mələklərə qaş-göz, sirri xəlvət edim!

Tamaşə eylərəm dilbərin naz-söbətinə,
Eləyim cani fəda, nazinə, bidət edim!

Gözəlimin söhbətinə könüldən vurğunam,
Güli-camalinə qurbanam, ibadət edim!

Səcdə edərəm, məhəbbət xəyalə-sübhanə,
Eləyim fikir, sevgilimə itaət edim!

Fitrətim ilk öncə can-eşqə dəli-divanə,
Təmiz-pak sübhanə, gəlmişəm qiraət edim!

Niyyəti məhəbbət, düşüb səcdəyə qul-xəstə,
Eləyim Adəmə səcdə, sev-məhəbbət edim!

Verib nəfsə bər-bəzək, necə min-bir özəllik,
Sevgi-cani, mütləq sahibə əmanət edim!

Gərək hörmət edə bəndə, məşuqə-aşiqə,
Eləyim nə!? Yezidə-Şimrə ədavət edim!?

Mükəmməl qanun-oxu, fikir gəlib bəşərə,
Qarşısında zikr edənə, həqq-ədalət edim!

Qiyam edərəm səhrada, gözlərdə-sözlərdə,
Eləyim eşqə nəfsi izhar, ətalət edim!

Fikri-zikrimi zəmanə arzu eyləmişəm,
Təmam eşq-hicranə, nigarə nəzakət edim!

Söhbəti Rauf heyranə, reyhanə göz eylər,
Eləyim sözü zöhrə!? Kimə mərhəmət edim!?