Məzmuna keç

Eldən çıxaram zülfi-pərişanını görgəc

Vikimənbə saytından
Eldǝn çıxaram zülfi-pǝrişanını görgǝc
Müəllif: Saib Təbrizi


Eldǝn çıxaram zülfi-pǝrişanını görgǝc,
İşdǝn gedǝrǝm sǝrvi-xüramanını görgǝc.

Susuzlara gǝr can axıdur çeşmei-heyvanı,
Mǝn can verǝrǝm çeşmei-heyvanını görgǝc.

Gǝr bağlamusan el gözünü şǝrmi-üzarın,
Candan kǝsilür xǝncǝri-mücganını görgǝc.

Reyhan ki, nǝzakǝt tökülürdi qǝlǝmindǝn,
Xǝt tirǝ çǝkǝr zülfi-pǝrişanını görgǝc.

Bülbül ki, gülün lǝli-lǝbindǝn söz alırdı,
Dili dolaşır qünçei-xǝndanını görgǝc.

Rizvan ki, behiştin yemişi gözünǝ gǝlmǝz,
Dişlǝr ǝlini sibi-zǝnaxdanını görgǝc.

Yerdǝn xǝti-reyhan vǝrǝqin pak silibdir,
Nǝqqaşi-gülüstan, xǝti-reyhanını görgǝc.

Gülrǝngi alur sübh iki xali-tǝrindǝn,
Xürşidi-üzar möhriqi – ǝfşanını görgǝc.

Mücgani alıb qanlu yaşından rǝgi-yaqut,
Saib lǝbi-lǝli göhǝr ǝfşanını görgǝc.