Elm tərifində deyilibdir
Elm tərifində deyilibdir (1903) Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Mənbə: “Şərqi-rus” qəzeti. №20. 18 may 1903. Məhəmməd Əmin Rəsulzadə Əsərləri - I cild (PDF) (az.). 1 may 2024 tarixində arxivləşdirilib (PDF). |
MÜXƏMMƏS
Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,[1]
Elmə rağib[2] olgilən qafildilər küllən cühul[3].
Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul[4],
Fəzli elmi bilgilən şərilə olmuşdur qəbul,
Olmasın qafil xəlayiq[5] eyləyib Quran nüzul[6].
Bu təriqətdə nə qədri çəkdi zəhmət Müstəfa[7],
Söylədi əlelmü-elmani və fis-sin bərməla[8].
Hər necə cövr etdilər edmüb olara iqtifa[9],
Hökm edərdi hökmü kim, hökm eyləyib ani xuda,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Elmilən bir vəqti də mənsur[10] olub islamiyan,
Nüsrəti-islama[11] eylərdi təəccüb bu cahan.
Bu zamanda azdı dünya içrə islami sayan,
Düşmənidir qafilin ol[12] xudayi-laməkan.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Öyrən elmi ləhdəcən tapşırmış ol fəxri-ənam,
Mərdüzən alim olsun gərək deyibdir ol imam.
Elm elindir hər nə var biz müxtəsər qıldıq kəlam,
Dustudari-əhl-elm olmuş bilin rəbbül-ənam.
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Sözlük
[redaktə]- ↑ ey bül füzul – ey füzulun atası (füzul - uzun danışma)
- ↑ rağib – rəğbət göstərən
- ↑ cühul – cahil
- ↑ hüsul – hasil olma, ələgəlmə
- ↑ xəlayiq – yaradılan
- ↑ nüzul – göydən yerə enmə, nazil olma
- ↑ Müstəfa – Məhəmməd peyğəmbərin ləqəblərindən biri
- ↑ bərməla – aşkar, aydın, göz qarşısında
- ↑ iqtifa – arxasınca getmə
- ↑ mənsur – üstün
- ↑ Nüsrəti-islama – islamın qələbəsinə
- ↑ ol – "o" əvəzliyinin arxaik forması