Endi
Görünüş
Endi Müəllif: Şair Aydın |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
İki dağın arasından,
Gördüm, bir cüt maral endi.
Biri eşqin havasından,
Biri yardan yaral endi.
Xına qoyub əllərinə,
Sığal çəkib tellərinə.
Gümüş kəmər bellərinə,
Hayıf, məndən aral endi.
Əsmə badi-səba, əsmə,
Yar, meylini məndən kəsmə.
Biri Dursun, biri Məsmə,
Aydın deyər, bular endi.