Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd
Görünüş
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd (25 dekabr 1924) Müəllif: Nəcəfqulu bəy Şeyda |
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006. |
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,
Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
Bəxşişi əhli səxanın bəzminə mümsək nədən,
Büxli-xübsindən edir hər yerdə hər dəmdə həsəd.
Hümməti-hali-xəsayildən doğar əf’ali xeyr,
Xeyirdən tolid xeyr eylə, xəbaisdən də bəd.
Kuşeşin sanma əbəs kim canfəşanlıq eyləyir,
Məsləki-həqdə durub qayim-qiyam eylər əbəd.
Səy qıl əhli-təriqət məsləki tapsın səbat,
Firqeyi-bütlan olub məhv qalmasın heç bir əhəd.
Bavər etmə ədli üzrə eyləsin divan o şəxs,
Gər olursa hökmranlıqda əsasən müstəbəd.
Firqə-firqə oldu millət, məsləki pozğunlaşıb,
Qalmadı, Şeyda, məgər həq yolda bir əqəll ədəd.