Məzmuna keç

Etmə vaqif öldügümdin növhəgər həmdəmləri

Vikimənbə saytından
Etmə vaqif öldügümdin növhəgər həmdəmləri
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.54-55.

Etmə vaqif öldügümdin növhəgər həmdəmləri,
Qorxaram tutqay məlalət xatiri-xürrəmləri.
Et sən, ey əhli-cəhan bəzmi-cəhandə şadlıq
Kim, özüm birlə apardum cəhandin qəmləri.
Qeyrə məhrəm xublər bəzmində naməhrəmdür,
Bu sözə şahid bu kim, məhrəmdür məhrəmləri.
Könlüm almaqdı, nə bim, etkay gözün mərdümləri,
Yoxdur yüz min dilavərdin cuyayguləri.
Növhə qurmazlar cəhan dövründə matəmdidələr,
Sadiqi, sən olmasan sərhəlqeyi-matəmləri