Ev əşyaları (tapmaca)
Görünüş
Tapmacalar Ev əşyaları haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Tapmacalar. Bakı,2004 |
At baba, ha hut baba,
Dolan evi yat, baba.
(Süpürgə).
Şəkli işıqdan,
İpi var mıxdan.
(Güzgü).
Anası qundaqda yatır,
Oğlu bazara gedir.
(Güllə və giliz).
Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
(Tüstü və baca).
Dam üstə at kişnər.
(Novdan).
Suda bitər,
Suda itər.
(Buz).
Bizim evdə iki gəlin var —
İkisi də bir boyda.
(Qapılar).
Bir öküzüm var —
Quyruğundan tutmamış,
Töləyə girməz.
(Qaşıq).
Alçaq kişi çəpər hörür.
(İynə).
Alçaq dağdan qar yağır.
(Ələk).
Atdan hündür, itdən alçaq.
(Yəhər).
Yol içində yoğun qarı.
(Təndir).