Məzmuna keç

Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!

Vikimənbə saytından
Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
Müəllif: Məhəmməd Füzuli


Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
Virdim həmişə müshəfi-rüxsarın ayəti!

İrmiş səhih nəql ilə ərvahi-qüdsdən,
İsayə möcizi-ləbi-ləlin rəvayəti.

Dil kişvərini qarət edərlərdi xublər,
Mən etməsəydi şəhneyi-şövqün himayəti.

Bildim təriqi-eşq xətərnakdir, vəli
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.

Qəddin həlakiyəm, düşə bilmən ayağına,
Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti.

Bəs kim, səni görəndə gedər məndən ixtiyar,
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.

Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr
Kim, əhdi-eşqə cövrdür onun inayəti.