Ey çərxi sitəmkar dili - nalana toxunma
Görünüş
Ey çərxi sitəmkar dili - nalana toxunma Müəllif: Aşıq Ömər |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ey çərxi sitəmkar dili - nalana toxunma,
Hicr aləmidir, etdiyim əfqana toxunma.
Ey badi-səba uğrar isən yarə salam et,
Tel qırma fəqət, zülfi-pərişana toxunma.
Ey badə, əgər yarım içərsə'səni mənsiz,
Ver nəşə, fəqət nərgizi-məstanə toxunma.
Verməm sənə can, çək məndən əlin ey mələkül-mövt.
Cananıma nəzr eylədiyim cana toxunma.