Ey üzün şənində münzəl ayəti-Allahu nur
Ey üzün şənində münzəl ayəti-Allahu nur Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.236. |
Ey üzün şə’nində münzəl ayəti-Allahu nur,
Ləblərin həqqinə gəldi nükteyi-maən-təhur.
Əvvəlü axır çü sənsən, batinü zahir çü sən,
Məqsədi-əqsa camalındır, gözümdən getmə dur.
Söyləyən hər natiqin dilində səndən özgə yox,
Işləyən hər failin fe’lində sənsən biqüsur.
Səndən özgə aradım, dəyyar yoxdur dünyada,
Cümlə əşyada kəmahu eyləyən sənsən zühur.
Zahida, gəl zöhdü mə’bud etmə, olma bütpərəst,
Həqpərəst ol, həqqi tanı, həq-minəllahül-ğəyur.
Aşiqin məqsudu didarındır, ey arami-can,
Qeyri-didarın görünməz gözümə cənnatü hur.
Vaqif olmaz sirri-lövhidə ol iman əhli kim,
Edə bilməz nəfsini dünya həvasından übur.
Aləmi-ərvaha, ey dil mürğü, pərvaz eylə kim,
Qalmadı bu aləmi-ünsürdə bir saət hüzur.
Ey Nəsimi, surü е’cazi-Məsihadır sözün,
Istimaından nola həyy olalar min-fi-qübur.