Məzmuna keç

Ey əcəl, al canımı, aləmni ansız körməyin

Vikimənbə saytından
Ey əcəl, al canımı, aləmni ansız körməyin
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.57-58.

Ey əcəl, al canımı, aləmni ansız körməyin,
Canımı canansızü cismimni cansız körməyin.
Cilvə qılmas qaməti könlüm ara kur et közüm,
İstərəm bu bağnı sərvi-rəvansız körməyin.
Qoy yıxılsın səbr bünyadı, tökülsün cami-eyş,
Közümi seylabsız, bağrımı qansız körməyin.
Keçdi ömrüm yarsız, ey çərxi-dun, tap al canım
Kim, həyat əyyamını ol novcəvansız körməyin.
Gər xəyalı gəlməsə gözdin qılay qət'i-nəzər,
Sadiqi, hərgiz bu evni mehmansız körməyin.