Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul
Görünüş
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul Müəllif: Hacı ağa Fəqir Ordubadi |
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,
Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə,
Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan.
Ey Fəqir, çəkməgilən çox da dəni minnətini,
Söyləmə cifədən ötrü dəxi həcvü hədyan!