Ey Məmdəli, bu növi ki, İrandan əkildin
Ey Məmdəli, bu növi ki, İrandan əkildin Müəllif: Əliqulu Qəmküsar |
Satirik şeir Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Ey Məmdəli, bu növi ki, İrandan ekildin,
Doydun, bilirem, axır özün candan, əkİidin.
Söz verdi sənə eylə ki, iik dəfə Süpehdar,
Oldun o ləİnin hamı fikrinə xabərdar,
Düşdün yenidən səltenətin fikrinə, təkrar
Məşruta verən neməti-ehsandan əkildm,
Türkmanlara bel bağladm, ey əhməqi-gövdan,
Çöüərdə səni vellədilər bisərüsaman,
Oldu olann hər biri bir səmtə girizan,
Ürkdün özün axırda o türkmandan, ekildin.
Rİsva elədin kondini əqtari-cahanda,
Təşkil elədin xərgehini türfə məkanda,
Dəva elodİn millət ilə bir neçə yanda,
Qaçdın Sarıdan, Damqanü Simanandan əkildin.
Qan İçmək olub gərçi əzəldən sənə pişə,
Getməzdi bu dövran belə kaminco həmişə,
Vurdun nə qədər mümküıı idi milletə tişe,
Tülkü kimi qaçdın, geııə meydandan ekildİn.
Rüstəm sənə bu işdə verib gərçi cəsaret,
Etməzlə doxi şah səni bir də rəiyyət,
Getdi kisədən pensiya də, xeyli nədamət
Oldu, vəli, qurtardın əcəb qandan, əkildin.
Öldürdüler Ərşəd kimi bir mərdi rəşidin,
Qaçdm, genə qurtardın o öz cani-pəlidin,
İranda dəxi qalmadı bir yerdə ümidin,
İttək biləni qovdular hər yandan, əkildin.
Axtardı səni qətl elesin Yefremi-sordar,
Şükr eyləgilen, olmadın əllərdə giriftar,
Bu qan ki, axıtdın tutacaqdır səni naçar,
Hərçəndi ki, imdi gene bir yandaıı əkildin.
Bilmərrə muradınca dolanmadı bu diinya,
Viranəyə döndərmədin İranı sərapa,
Fikrin no idi, olmadı, səd şükr, mühəyya,
Şövq ilə gedib, yəs ilə İrandan əkildin.
Bundan sonra labüddü son darə-səzasan,
Ya pinti Həmid tək necə divarə sezasan,
Min lənətə, min nikbətə, min barə səzasan,
Viran eledin mütkü, o virandan əkildin.
- "Molla Nəsraddin", 11 sentyabr 1911, N 33